Azərbaycan Malta ilə sülhə razılaşdı
26 noyabr 2015 00:40
Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Malta ilə qarşılaşıb. Oyun qolsuz bitib - 0:0.
Azərbaycan yığması bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Aytac Şərifova, Kamilla Məmmədova, Manə Mollayeva, Samara Ortiz, Alina Mixayelis, Natalya Rodelqo, Aysun Əliyeva, Malena Ortiz, Nigar Cəlilli, Kristina Bakaranadze, Gizəm Tənəkəçi.
Qeyd edək ki, noyabrın 27-də bu komandalar arasında daha bir yoxlama görüşü keçiriləcək.