Erik Dayer: Qarabağın yaxşı top saxladığını bilirik, diqqətli oynamalıyıq
26 noyabr 2015 00:00
İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Erik Dayer Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu oyunda özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Uzun yolçuluqdan sonra bu oyuna köklənməyə çalışıram. Öz şansımızı axtaracağıq. "Qarabağ"a qarşı bir dəfə oynamışıq. Rəqibin yaxşı top saxlamağı bacardığını bilirik. Onlar əks-hücumlarda təhlükəli çıxış edirlər. Ona görə də diqqətli oynamalıyıq. Çünki səfərdə çıxış edəcəyik. Fikrimcə, klubumuz mərhələ keçəcəyik. Mən isə əsas heyətdəki yerimi möhkəmləndirmək istəyirəm".