Aleksey Antonov: Qəbələ PAOK-la matça 100 faiz hazır çıxacaq
25 noyabr 2015 23:00
"Qəbələ"nin hücumçusu Aleksey Antonov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komandamızın hər bir üzvündə olduğu kimi, məndə də bu oyuna köklənmə ən yüksək səviyyədədir. Başa düşürük ki, itiriləsi heç nəyimiz yoxdur. Sabahkı oyuna 100 faiz hazır olmağa çalışacağıq. Düzünü deyim ki, oyunun necə keçəcəyini bilmirəm. Əks halda deyərdim. Rəqibimiz çox ciddi komandadır. Sabah biz həm müdafiədə, həm də hücumda yaxşı oynamalıyıq".