Qara Qarayev: Tottenhemə qarşı layiqli oyun sərgiləmək istəyirik
25 noyabr 2015 19:40
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz bu oyuna yaxşı hazırlaşmışıq. Layiqli oyun sərgiləmək istəyirik. Nəticədən asılı olmayaraq, sonadək mübarizə aparacağıq".