Dani Kintana: Tottenhemə hörmət etsək də, qorxmuruq
25 noyabr 2015 19:20
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu görüşə yaxşı hazırlaşmışıq. Hesab edirəm ki, hər şey öz əlimizdədir. Öz meydanımızda qalib gəlsək, qrupdan çıxmaq şansımız artacaq. Rəqibimizə hörmətlə yanaşırıq, amma onlardan qorxmuruq".