Kamran Ağayev: Belə davam etsə, Karşıyakadan ayrılacağam
25 noyabr 2015 15:40
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Türkiyənin "Karşıyaka" klubundakı durumundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən pul barədə düşünmürək istəmirəm. Bu məsələ ilə menecerim məşğul olur. Amma "Karşıyaka"nın mənə bir neçə ayın pulunu borclu olduğunu gizlətmirəm. Klub bu borcunu ödəməsə, menecerimlə bu vəziyyəti müzakirə edəcəyəm. Belə davam etsə, "Karşıyaka"dan gedəcəyəm".