Azərbaycan bu gün Malta ilə yoxlama oyunu keçirəcək
25 noyabr 2015 13:40
Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandası bu gün yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimiz Maltadan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Matç saat 22:00-da start götürəcək.
Qeyd edək ki, yığmamızın bu oyun üçün açıqlanan heyətində 20 futbolçu yer alır ki, onlardan da 9-u xarici klublarda çıxış edir.