Neftçi - Qarabağ oyununun biletləri bu gün satışa çıxarılacaq
25 noyabr 2015 12:00
Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” oyununun biletləri bu gün saat 13:30-da satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Noyabrın 29-da “Bakcell Arena”da keçiriləcək və saat 17:00-da başlanacaq oyun üçün biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-dir.