Zaur Həşimov: Qarabağın Premyer Liqada rəqibi yoxdur
25 noyabr 2015 00:15
"Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimov Ağdam klubunun Topaz Premyer Liqasında rəqibinin olmadığını deyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" "Kəpəz"lə oyunda rəqib oyunçuların səhvlərindən yararlandı və darmadağınla qalib gəldi. Keçmiş komandamın çox artırdığını deməzdim. Sadəcə, onların çempionatda rəqibi yoxdur. Əlbətə, hələ onların çempion olacağını indidən demək tez olar. Amma "Qəbələ" belə oynamağa davam etsə, "Qarabağ" artıq növbəti ilin əvvəlində çempionluğunu rəsmiləşdirə bilər. Avropa Liqasındakı çıxışına gəlincə, Ağdam klubunun pley-offa çıxmaq şansı 30 faizdir. Hər şeyə İngiltərə "Tottenhem"i ilə ev oyunundan sonra aydınlıq gələcək".