Elxan Məmmədov UEFA-nın tədbirində iştirak edəcək
24 noyabr 2015 14:00
Xəbər verdiyimiz kimi, UEFA İcraiyyə Komitəsinin bu il iyunun 30-da keçirilmiş iclasında AFFA-nın baş katibi Elxan Məmmədov Avropa futbol təşkilatının İdarəetmə və Audit Komitəsinin üzvü seçilib. Azerisport.az xəbər verir ki, komitədəki fəaliyyəti ilə əlaqədar Məmmədov bu gün və sabah UEFA-nın mənzil-qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində səfərdə olacaq.