Qəbələ səfərə Qəbələdən gedəcək
24 noyabr 2015 13:20
Avropa Liqasının qrup mərhələsində noyabrın 26-da PAOK-un qonağı olacaq "Qəbələ" səfərə 1 gün əvvəl yollanacaq. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisi çərşənbə günü səhər saat 11:00-da çarter reysiylə Yunanıstana gedəcək.
Komanda səfərə Qəbələdən yola düşəcək. "Qəbələ" Yunanıstanda "Hyatt Regence" otelində məskunlaşacaq.