"7-ci pillə Sumqayıtı qətiyyən qane etmir"
24 noyabr 2015 11:00
"Sumqayıt"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla bitən görüşlə bağlı bunları söyləyib:
"Qəbələ" ilə oyunumuz yaxşı alındı. Təəssüf ki, uşaq səhvləri nəticəsində iki qol buraxdıq. Düşünmürəm ki, biz ikinci qolu vurandan sonra qələbə qazanacağımızı fikirləşib arxayınlaşdıq. Sadəcə, oyun belə alındı. Hazırda 7-ci pillədəyik. Bu, bizi heç cür qane edə bilməz. Əsas odur ki, Samir Abasov bizi futbol oynamağı bacardığımıza inandıra bilib. Oyundan oyuna daha da artırırıq. Növbəti turda bizi AZAL-la oyun gözləyir. Maraqlı oyun olacaq".