Xəzər Lənkəranın sabiq baş məşqçisi Qalatasarayda!
24 noyabr 2015 00:15
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Türkiyənin "Qalatasaray" klubunu çalışdıracaq.
Qeyd edək ki, Dənizli məşqçilik karyerasına 1987-ci ildə məhz "Qalatasaray"da başlayıb. Sonrakı illərdə "Fənərbaxça", "Beşiktaş"da işləyən Dənizli son olaraq 2013-cü ildə "Xəzər Lənkəran"ı çalışdırmışdı.
Dənizli "Qalatasaray"da bir neçə gün öncə istefaya göndərilən Hamza Hamzaoğlunu əvəzləyib.