Zaur Svanadze: AZAL bizə qarşı sona qədər təzyiq etdi
23 noyabr 2015 19:30
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Mən AZAL ilə oyunun çətin keçəcəyini bilirdim. Ümumiyyətlə, AZAL ilə matç həmişə ağır olur, bu gün də bizə qarşı sona qədər təzyiq etdilər. Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam. Oyuna sonradan daxil olan Abbas Hüseynova çox inanıram, nə vaxt hazır olur, o zaman meydançaya çıxır”.