Ansi Aqollinin komandası Ermənistandan oyun alıb?
13 oktyabr 2015 16:40
Serbiya və Albaniya mətbuatı Albaniya yığmasının 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə oyun almaqla yüksəldiyini iddia edib. Azerisport.az xəbər verir ki, bu ölkələrdən olan həmkarlarımızın iddiasına görə, albanlar Ermənistanla son turdakı qarşılaşmada oyun alıblar.
Albaniyadan olan futbol funksionerlərinin ermənilərə 2 milyon avro pul ödədiyi bildirilir. Əvəzində isə Ermənistan öz meydanında 0:3 hesablı məğlubiyyətə razılaşıb.
Qeyd edək ki, Albaniya yığmasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də çıxış edir.