Bojidar Mitrev: Azərbaycan ilə oyunda sonadək mübarizə aparmalıyıq
13 oktyabr 2015 14:15
Bolqarıstan yığmasının qapıçısı Bojidar Mitrev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanla oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hər bir oyun əvvəlkindən fərqlənir. Xorvatiya ilə oyundakı pis çıxış etməyimiz, erkən qol buraxmağımız bunlar hamısı gərginlik yaradır. Ola bilər ki, buna görə belə nəticələrlə üzləşdik. Ona görə də Azərbaycanla matçda sonadək mübarizə aparmalıyıq. Nəticə qazanmaq üçün əlimizdən gələni etməli, özümüzü yaxşı tərəfdən göstərməliyik. Tsikli qələbə ilə başa vurmalıyıq".