Bolqarıstan - Azərbaycan matçı antirekord müəyyənləşdirə bilər
13 oktyabr 2015 14:00
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan - Azərbaycan matçı azarkeş sayına görə antirekord müəyyənləşdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Sofiyadakı "Vasil Levski" stadionunda baş tutacaq qarşılaşmanı 500 azarkeşin izləməsi gözlənilir. Bolqarıstan yığmasının indiyə qədər ən az azarkeş toplamış oyunu 2009-cu ildə baş tutan Gürcüstanla ev oyunu olub. Həmin qarşılaşmanı cəmi 700 azarkeş izləyib.