Bolqarıstan - Azərbaycan matçında anşlaq olmayacaq
13 oktyabr 2015 13:00
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Bolqarıstan - Azərbaycan matçında anşlaq olmayacaq. Azerisport.az xəbər verir ki, bu barədə Sofiyada keçiriləcək qarşılaşmaya bilet satışını həyata keçirən şirkətdən məlumat verilib.
Qeyd edək ki, bu oyunun biletləri Azərbaycan manatı ilə 4-12 AZN aralığında dəyişir.
Bolqarıstan - Azərbaycan matçı bu gün Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək və saat 23:45-də start götürəcək. Bu arena 46 000 azarkeş tutur.