Yığmamız Sloveniya klubuna məğlub oldu
13 oktyabr 2015 11:00
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Maribor” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub.
Komandanın qolunu Qara Qarayev vurub. Xatırladaq ki, toplanış çərçivəsində yığmamız ilk yoldaşlıq oyununda “Celje” klubunun U-19 komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.