Qara Qarayev: Ümid edirəm ki, hədəfimizə çatacağıq
12 oktyabr 2015 23:50
Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün Sofiyada keçirilən mətbuat konfransında bunları söyləyib:
"Biz Robert Prosineçkinin rəhbərliyi altında yaxşı tsikl keçirdik. Sabah da bizi çox vacib oyun gözləyir. Seçmə mərhələni uğurlu nəticə ilə başa vurmaq istəyirik. Rəqib də bizim kimi tsikli qələbə ilə başa vurmaq istəyir. Bolqarların sürətli futbolçuları var. Ümid edirəm ki, biz hədəfimizə çata biləcəyik".