Petev Qəbələdən niyə imtina etdiyinin səbəbini açıqlamaq istəmədi
12 oktyabr 2015 22:15
Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi vaxtilə "Qəbələ"nin sükanı arxasına keçməkdən imtina etməsinə də münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən bu klubu çalışdıra bilərdim. Amma bunun niyə alınmadığından danışmaq istəmirəm. Sadəcə, "Qəbələ"ni əldə etdiyi uğurlar münasibətilə təbrik edirəm. Onlar yaxşı nəticəyə nail oldular".