Branimir Subaşiç: Artıq bütün rəqiblər Azərbaycana hörmətlə yanaşırlar
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının Bolqarıstanla oyunda qələbə qazanmaq şansı var. Millimiz diqqətli çıxış etsə, qələbə qazana bilər. Çünki Bolqarıstan İtaliya deyil. Baxmayaraq ki, Bolqarıstanın da yaxşı komandası var. Alınsa, mən də yığmamızı dəstəkləmək üçün Sofiyaya gedəcəyəm. İtaliya ilə oyuna gəlincə, bu komanda Bakıda çox yaxşı oynadı. Amma rəqiblərin hamısının Azərbaycan yığmasına hörmətlə yanaşması sevindirməyə bilməz. İtaliyaya məğlubiyyət utandırıcı deyildi. Buffona qol vurmağımız da yaxşı idi. Şadam ki, Rəşad Sadıqov yığmada yüzüncü oyununu keçirdi. Ona uğurlar arzulayıram".