İvaylo Petev Azərbaycanla oyunda qələbə arzulayır
12 oktyabr 2015 19:15
Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığması üzərində qələbə gözləyirəm. Bunun üçün mümkün hər şeydən istifadə edəcəyik, lazım ola hər şeyi həyata keçirəcəyik. Bu qələbəni var qəlbimlə arzulayıram".