Deni Qaysumov: Yığmamız İtaliyaya qarşı oynadığı kimi çıxış etsə, bolqarlara qalib gələ bilər
Azərbayan yığmasının sabiq müdafiəçisi Deni Qaysumov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə Bolqarıstan arasında keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bolqarıstan yığması zəif komanda deyil. Heyətində xarici klublarda çıxış edən futbolçular var. Bu oyun Azərbaycan yığması üçün çox vacibdir. Millimiz bolqarlara da qarşı İtaliya ilə görüşdəki kimi oynasa, hər şey yaxşı olacaq. Fikrimcə, komandamız bu görüşdə uğur qazana bilər. İtaliya ilə oyuna baxdım. Azərbaycan yığmasının çıxışı çox xoşuma gəldi. Müdafiədən ötürmələrlə çıxırdıq, hücumda pis oynamırdıq. Amma müdafiənin mərkəzində və dayaq yarımmüdafiəçisi mövqeyində problemlər diqqət çəkdi. Hər halda Robert Prosineçkinin işi görünür. Belə davam etsə, uğur qazana biləcək. İtaliya ilə oyunda sadəcə, ustalıq çatışmırdı".