Millimizin üzvləri Sofiyada sürprizlə qarşılandı
12 oktyabr 2015 00:05
Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla səfər oyunu üçün Sofiyaya yollanıb. Azerisport.az xəbər verir ki, millimiz artıq Sofiyadadır.
Qeyd edək ki, millimizin üzvləri Sofiyada sürprizlə qarşılaşıblar. Belə ki, hava limanında Azərbaycan yığmasının bütün üzvlərinin fotoları yerləşdirilib. Futbolçularımızdan öz şəkillərini imzalamaq xahiş olunub.
Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də keçiriləcək.