Azərbaycan - İtaliya matçı rekord müəyyənləşdirdi
11 oktyabr 2015 01:00
Azərbaycan milli komandası AÇ-2016-nın seçmə mərhələsində son ev oyununu keçirdi. Azerisport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda İtaliya yığması ilə qarşılaşan millimiz məğlub oldu – 1:3.
Qarşılaşmanı millimizin ev oyunları tarixində rekord həddə - 48 min nəfərə yaxın azarkeş izləyib.