Vaqif Sadıqov: Millimiz 0:7 hesabıyla uduzursa, deməli, problem var
10 oktyabr 2015 13:30
AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov AÇ-2017-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan və Avstriyanın gənclərdən ibarət yığmaları arasındakı matçla (0:7) bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə nəticəni heç kim gözləmirdi. Amma eyni zamanda bu cür məğlubiyyətdən heç kim də sığortalanmayıb. Bununla əlaqədar Məşqçilər Komitəsinin AFFA-da toplantısı oldu. Öz fikrimizi AFFA rəhbərliyinə də bildirəcəyik. Belə hesabla uduzuruqsa, deməli, problem var. Bu problemləri həll etməyə qadirik. İndi əlimizdən gələni etməliyik ki, komanda Finlandiya ilə ev oyununa hazır olsun. Ondan sonra isə məşqçilər korpusu bu nəticəyə görə hesabat verməlidir".