Karlo Tevekkio: Azərbaycan ilə oyunda ancaq qələbə barədə düşünürük
10 oktyabr 2015 12:30
İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tevekkio AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi Azərbaycanla vacib oyun gözləyir. Ancaq qələbə barədə düşünürük. Hər şeyə bu oyunda aydınlıq gətirmək istəyirik ki, Norveçlə son oyunda heç bir problemlə üzləşməyək".
Qeyd edək ki, Azərbaycan - İtaliya matçı Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.