"Azərbaycana 7:0 hesabı ilə qalib gəlməyimiz xoş oldu"
10 oktyabr 2015 12:00
Avstriyanın U-21 yığmasının yarımmüdafiəçisi Florian Qrilliç AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 7:0 hesablı qələbəyə sevinən meydan sahiblərinin üzvü bunları söyləyib:
"Biz qarşımıza qələbə qazanmaq hədəfi qoymuşduq. Amma təbii ki, 7:0 hesabıyla qələbə qazanmaq çox xoş oldu. Bu qələbə bizə əlavə stimul verəcək. Növbəti oyunlarda da bu tempdə davam etməyə çalışacağıq".