Qreqoriç: Azərbaycan 1-ci hissədə kompakt oynadı, müdafiədə diqqətli çıxış etdi
10 oktyabr 2015 11:30
Avstriyanın U-21 yığmasının baş məşqçisi Verner Qriqoriç AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 7:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Gözlədiyimiz kimi, Azərbaycan yığması çox kompakt oynadı, müdafiədə diqqətli çıxış etdi. Xüsusilə də birinci hissədə. Biz çalışdıq, səbrli oynayıb, şansımızı gözlədik. Bunu öncədən də planlaşdırmışdıq. İkinci hissədə daha çox boşluqlar qazanmağa başladıq. Komandamla fəxr edirəm. Çünki onlar hətta 4:0-dan sonra da hücumlarını davam etdirirdilər. Uşaqlar heç vaxt güzəştə getmirlər və bu, onların ən yaxşı keyfiyyətləridir".