Konte: Pirlo sabah oynamasa da, Azərbaycana qalib gəlməyə ümidliyik
İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
"Biz matça yaxşı hazırlaşmışdıq. Təəssüf ki, Pirlo zədə alıb və sabah oynaya bilməyəcək. Biz Avropa çempionatında oynamaq istəyirik. Son iki oyun üçün əsas hədəfimiz də qitə birinciliyinə vəsiqəni təmin etməkdir. Rəqibimiz çətin komandadır. Azərbaycan yığması son oyunlarda ciddi nəticələrə imza atıb. Biz rəqibin oyununu qiymətləndiririk və ümid edirik ki, sabah qalib gəlib, AÇ-yə vəsiqəni təmin edəcəyik. İtaliya yığması indiki heyətlə həm 4-4-2, həm də 4-3-3 taktikası ilə çıxış edə bilər. Pirlo bizim üçün vacib oyunçudur. Amma biz əlimizdən gələni etməliyik ki, onun yoxluğu hiss olunmasın".