İnterin futbolçusu oynadı, Gürcüstan yığması darmadağına sevindi
9 oktyabr 2015 11:45
Gürcüstan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, "İnter"in yarımmüdafiəçisi Nika Kvekveskirinin şərəfini qoruduğu bu yığma komanda doğma meydanda Cəbəllütariqlə qarşılaşıb.
Kvekveskiri bu görüşdə 90 dəqiqə meydanda olub. "İnter"in digər futbolçusu Zurab Xizanişvili isə sonadək ehtiyatda qalıb. Qarşılaşma gürcülərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Gürcüstan yığması hazırda öz qrupunda 9 xalla 5-ci pillədə qərarlaşıb.