Samir Abasov: Bu vəzifənin də öhdəsindən gələcəyəm
8 oktyabr 2015 17:30
"Sumqayıt"ın yeni baş məşqçisi Samir Abasov bu təyinatı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bu klub üçün kənar şəxs deyiləm. Kollektivi yaxşı tanıyıram. Başa düşürəm ki, böyük məsuliyyətin altına girirəm. Uzun müddətdir ki, "Sumqayıt"ın əvəzedici komandasını çalışdırırdım. Amma Premyer Liqada çıxış etmək tamamilə fərqlidir. Çətin olacaq. Lakin siz Samiri də tanıyırsınız, o, bu vəzifənin də öhdəsindən gələcək. Qarşıma hansı vəzifə qoyulub? İlin sonuna kimi komandanı normal vəziyyətə gətirmək. Komanda öz oyununu tapmalıdır. Qış fasiləsindən sonra isə konkret hədəflər olacaq. Planlarımızda dəyişiklik etməyə çalışacağıq".