"Azərbaycan çempionatı Rusiya və Ukrayna çempionatını haqlamağa çalışır"
8 oktyabr 2015 15:40
Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu keçmiş SSRİ ölkələrinin milli çempionatlarının səviyyəsindən danışarkən Azərbaycan Premyer Liqası barədə də fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əlbəttə, Rusiya və Ukrayna çempionatları hazırda digərlərini üstələyir. Belarus və Azərbaycan çempionatları onları haqlamağa çalışır. Digərləri isə sonra gəlir. Burada maddi amillər də sözünü deyir".