Kamran Quliyev: Samir Abasov? Hələ heç bir təyinat olmayıb
8 oktyabr 2015 12:40
"Sumqayıt"ın prezidenti Kamran Quliyev baş məşqçi Aqil Məmmədovun istefası, bu gün baş tutacaq klubun Müşahidə Şurasının iclası və əvəzedici komandanın çalışdırıcısı Samir Abasovun əsas komandaya baş məşqçi təyin olunacağı barədə yayılmış xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün "Sumqayıt"ın Müşahidə Şurasının iclası baş tutacaq. Bu, klubun ən ali orqanıdır. Baş məşqçinin istefası, yeni namizədlərin qeydə alınması və digər önəmli məsələlərlə də bağlı məhz şuranın iclaslarında qərar çıxarılır. Samir Abasov? Hələ heç bir təyinat olmayıb. Hər şeyə Müşahidə Şurasının iclasında aydınlıq gələcək".