Stefan Əl-Şaaravi: Bakıda qələbə qazanmaqla AÇ-yə vəsiqəni təmin edə bilərik
8 oktyabr 2015 01:00
İtaliya yığmasının hücumçusu Stefan Əl-Şaaravi AÇ-2016-nın seçm mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Baş məşqçinin mənə inamını hiss edirəm. Buna görə ona minnətdaram. Biz qarşıdakı oyundan çox şey gözləyirik, ona görə də ciddi hazırlaşırıq. Bu, bizim üçün çox vacib oyundur. Bilirik ki, qələbə qazanmaqla Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edə bilərik. İstedadlı futbolçularımız çoxdur, hücumçularımız öz klublarında mütəmadi olaraq qol vururlar".
Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.