Kəpəz İnterlə qarşılaşacaq
7 oktyabr 2015 20:30
"Kəpəz" və "İnter" yığma komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilədən maksimum yararlanmaq üçün yoxlama matçı keçirməyə qərar veriblər. Azerisport.az xəbər verir ki, sözügedən komandalar arasındakı qarşılaşma oktyabrın 10-da baş tutacaq. Görüş "Dalğa Arena"da keçiriləcək.