Samir Əliyev: Divizion klubları keçiləsi rəqiblərdir
7 oktyabr 2015 18:30
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Kubokunun püşkatmasından danışıb. Paytaxt klubu 1/8 finalda "Şərurspor" - "Qaradağ Lökbatan" matçının qalibi ilə üz-üzə gələcək.
Əliyev azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ kubok oyunumuza qədər çox vaxt var. Çünki qarşılaşma dekabrda baş tutacaq. Kimə qarşı oynamağımızın fərqi yoxdur. Birinci divizion klubları keçiləsi rəqiblərdir. Amma bu, o demək deyil ki, əlimizi yanımıza sala bilərik. Həmin oyuna qədər yaxşı formada olmağa çalışmalıyıq. Başa düşürük ki, Avropaya ən qısa yol kubokdan keçir".