İvelin Popov: Azərbaycan ilə oyunda müsbət nəticə qazana bilərik
7 oktyabr 2015 18:00
Bolqarıstan yığmasının yarımmüdafiəçisi İvelin Popov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya (10 oktyabr) və Azərbaycana (13 oktyabr) qarşı keçiriləcək oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarşıdakı oyunlara yaxşı ab-havada hazırlaşırıq. Sofiyada İtaliyaya qarşı keçirdiyimiz oyundakı kimi çıxış etmək istəyirik. Həmin oyunda biz güclü rəqibə qarşı 2:2 hesablı heç-heçə etdik. Qarşıdakı oyunları da müsbət nəticə ilə başa vura bilərik. Bunu özümüz və azarkeşlər üçün etməyə borcluyuq".