Ramin Musayev: Regionda azarkeşlərlə bağlı problem olmur
7 oktyabr 2015 14:30
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının oyunlarına azarkeş davamiyyətinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bakıda bu qədər komanda var, amma stadionlara az azarkeş gəlir. Regionlarda belə problem yoxdur. Biz "İnter"ə adını dəyişməyi təklif etdik. Yaxud da "Bakı" adını dəyişib "Biləcəri" qoysaydı, insanlar tribunalara daha çox toplaşardı. Məsələn, azarkeşlər AZAL-ın oyunlarına ona görə gəlirlər ki, Şüvəlanındır".