Zirə AZAL-la yoxlama oyunu keçirəcək
7 oktyabr 2015 11:15
Topaz Premyer Liqasının debütantı "Zirə" yığma komandaların matçları ilə əlaqədar yaranmış fasilədən yararlanaraq, yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Adil Şükürovun çalışdırdığı komanda Premyer Liqanın digər təmsilçisi AZAL-la qarşılaşacaq.
Oyun oktyabrın 10-da Zirə Olimpiya İdman Kompleksində keçiriləcək və saat 18:00-da start götürəcək.