Azərbaycan - İtaliya matçına 20 000-dən çox bilet satılıb
6 oktyabr 2015 19:00
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İtaliya matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu qarşılaşmaya 20 000-dən çox bilet satılıb.
Amma oyun gününə qədər bu göstəricinin artması istisna deyil.
Qeyd edək ki, Azərbaycan - İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Bu arena 69 800 azarkeş tutumuna malikdir.