Konte Azərbaycanla oyun öncəsi İtaliya yığmasının heyətində dəyişiklik etdi
6 oktyabr 2015 11:40
İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveçə qarşı oyunlar öncəsi heyətdə daha bir dəyişiklik edib. Azerisport.az xəbər verir ki, o, "İnter"in müdafiəçisi David Santonun əvəzində "Milan"ın müdafiəçsi Luka Antonellini yığmaya dəvət edib.
Buna səbəb kimi, Santosun yorğun olması göstərilir. Konte bunu nəzərə alaraq, risk etmək istəməyib.
Qeyd edək ki, Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.