Roberto Soriano: Azərbaycan və Norveçə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik
6 oktyabr 2015 11:00
İtaliya yığmasının və "Sampdoriya"nın yarımmüdafiəçisi Roberto Soriano AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveçə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ölkəni beynəlxalq arenada təmsil etmək böyük təcrübədir. Bizi iki vacib oyun gözləyir. İtaliya yığması əlindən gələni edəcək ki, bu iki görüşdə qələbə qazansın".