Bolqarıstan - Azərbaycan matçı 4 manata
5 oktyabr 2015 21:00
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Azərbaycan yığmaları arasında keçiriləcək matça biletlər oktyabrın 7-dən etibarən satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək qarşılaşmanın biletləri 7-20 levə (4,2-11,98 manat) satılacaq.
Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də keçiriləcək və saat 23:45-də start götürəcək.