Ruslan Abışov: İtaliya ilə ən azı heç-heçə edəcək gücdəyik
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son dövrlər azarkeşlər yığmadan ancaq yaxşı nəticələr gözləyirlər. Bu, sevindirməyə bilməz. Növbəti rəqibimiz dünyanın ən güclü komandalarından biri hesab olunur. Biz öz futbolumuzu sərgiləyib, minimum bir xal qazanmalıyıq. Əlbəttə, qələbə qazansaq, bu, əsl sensasiya olacaq. İtaliya ilə oyun Bakı Olimpiya stadionunda ilk görüşümüz olacaq. Bu arenada olmaq, orada oynamaq şəxsən mənim özümə də maraqlıdır. Camaatın bu stadionu necə dolduracağını görəcəyik. Rəqibimiz nəticəyə oynayan komandadır. Onlar sürətli futbol sərgiləmirlər. İtaliya üçün 1:0 və ya böyük hesabla qalib gəlməyin fərqi yoxdur. Onlara sadəcə, 3 xal lazımdır. Fikrimcə, komandamız bu komanda ilə ən azı heç-heçə edəcək gücdədir".