Qabriele Oriali: Hazırda bütün diqqətimiz Azərbaycanla oyuna yönəlib
5 oktyabr 2015 19:30
Futbol üzrə İtaliya yığmasını meneceri Qabriele Oriali AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İndi bütün diqqətimiz qarşıdakı Azərbaycanla oyuna yönəlib. Çünki bu görüşdə qazanılacaq qələbə bizə Avropa Çempionatının final mərhələsinə vəsiqə verəcək".