Anderlextin meneceri: Məni məyus edən komandamızın ikinci hissədən futbol oynamağa başlamasıdır
3 oktyabr 2015 00:25
Belçikanın "Anderlext" klubunun meneceri German van Holsbek Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında 0:1 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları söyləyib:
"Növbəti mərhələyə yüksəlmək iddian varsa, bilməlisən ki, xal toplamaq lazımdır. Komandamızın yalnız ikinci hissədən etibarən futbol sərgiləməyə başlamasından məyusam. Nəticə qazanmaq üçün ilk dəqiqələrdən etibarən elə oynamaq lazım idi. Təəssüf ki, bu, cari mövsümdə ilk belə hal deyil".