Besnik Hasi: Qarabağın qapımıza zərbə endirməsinə imkan verməməliydik
Belçikanın "Anderlext" klubunun baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Qarabağ" yaxşı oynadı. 45 dəqiqə ərzində 6 qol epizodu yaradıb, onlardan yararlana bilmirsənsə, qələbə qazana bilməzsən. Birinci hissədə bir qədər axsayırdıq. İkinci hissədə sərgilədiyimiz oyunu birinci yarıdan etibarən göstərməliydik. Ustalıq və istedad çatmır. Hakimdən də bir epizodla bağlı narazıyam. Rəqibə qapımıza zərbə vurmağa imkan verməməliydik. "Qarabağ" qapımıza ilk zərbəsindəcə hesabı açdı. İki oyundan sonra cəmi bir xalımız var. Amma hələ heç nə itirilməyib. Rəqibimizə hörmətlə yanaşırıq. "Qarabağ"ın "Tottenhem" və "Neftçi" ilə oyununu izləmişdik. Fikrimcə, bizim də yaxşı komandamız var. Sadəcə, bu gün oyunumuz alınmadı".