Mirzəbəyov: Malta ilə oyunda da xarakter göstərib, qalib gəlməyə çalışacağıq
4 sentyabr 2015 18:40
Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov AÇ-2016-nın seçmə mərhələsi çərçvəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, biz hər oyuna qələbə üçün çıxırıq. Əsas öz gücümüzə inanmaq və baş məşqçinin bütün tələblərini yerinə yetirməkdir. Özünə inanmasan, nəyə nail ola bilərsən ki? Çalışmaq lazımdır. Biz nəyə qadir olduğumuzu hamıya göstərməliyik. Xorvatiya ilə oyunda xarakter göstərdik. Malta ilə oyunda da xarakter nümayiş etdirməyə və qələbə qazanmağa çalışacağıq".